Lənkəranda baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

 Lənkəranda baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 23 iyul 2016 05:51 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralında qeydə alınıb.

Rusiya Federasiyasına məxsus VAZ-21099 markalı minik avtomobili ""Ford" markalı avtomobillə toqquşub. Güclü zərbədən "VAZ -21099"-un sürücüsü, rayonun Xanbulan kənd sakini, 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və sərnişini olan həmkəndlisi, 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR