Bu il sərhədi pozduğuna görə saxlanılan şəxslərin sayı açıqlanıb

Bu il sərhədi pozduğuna görə saxlanılan şəxslərin sayı açıqlanıb
# 25 dekabr 2015 11:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb. APA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib ki, pozucuların 55,1%-i Azərbaycan, 8,5%-i Özbəkistan, 7,6%-i İran, 4,3%-i Banqladeş, 3,9%-i Əfqanıstan, 2,6%-i Gürcüstan, 2,4%-i Moldova, 2,2%-i Rusiya, 1,7%-i Türkiyə, 1,3%-i Nigeriya, 1,3%-i Qırğızıstan, 9,1%-i digər ölkə vətəndaşları olub.

Eyni zamanda, il ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR