Mərkəzi Bank: Kredit qoyuluşlarının azalmasına Beynəlxalq Bankda aparılan restrukturizasiya tədbirləri səbəb olub

Mərkəzi Bank: Kredit qoyuluşlarının azalmasına Beynəlxalq Bankda aparılan restrukturizasiya tədbirləri səbəb olub
# 02 noyabr 2015 07:58 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, avqust ayı ilə müqayisədə sentyabrda iqtisadiyyata kredit qoyuluşu 982,3 mln. manat və ya 4,89% azalıb.

AMB-dən bildirilib ki, azalma Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.

Ümumiyyətlə, son 1 ildə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşu 1 481,9 mln. manat və ya 8,40% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR