İran və Türkiyə arasında kompleks əməkdaşlıq planı hazırlanır

İran və Türkiyə arasında kompleks əməkdaşlıq planı hazırlanır
# 06 aprel 2016 13:45 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İran və Türkiyə arasında iqtisadi və ticari əməkdaşlığa dair birgə hökumətlərarası komissiyasının 25-ci iclası aprelin 7-9-da Ankarada keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, birgə komissiyanın İran tərəfdən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bununla əlaqədar Türkiyəyə yola düşüb. M. Vaezini səfərdə ölkənin iqtisadiyyat, sənaye, ticarət və mədəniyyət nazirliklərindən nümayəndələr, eləcə də bank rəhbərləri müşayiət edir. İclasda İran və Türkiyə arasında kompleks əməkdaşlıq planı və müxtəlif sahələrdə, o cümlədən bank sahəsində bir sıra digər sənədlər imzalanacaq.


Bu iclas son aylar iki ölkə arasında soyuq münasibətlərdən sonra mart ayında Türkiyə baş naziri Əhməd Davudoğlunun İrana səfərinin ardınca keçirilir. Toplantının İran və Türkiyə əlaqələrində yeni səhifə açacağı bildirilir.

İki ölkə ticarət dövriyyəsini 30 milyard dollara qədər artırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR