Obama "A321" təyyarəsinin partladıldığı versiyasını dəstəkləyir

Obama "A321" təyyarəsinin partladıldığı versiyasını dəstəkləyir
# 06 noyabr 2015 07:53 (UTC +04:00)

Bakı - APA. ABŞ prezidenti Barak Obama Misirdə məhv olmuş, Rusiyaya məxsus "A 321" təyyarəsinin göyərtəsində partlayıcı qurğu olması ilə bağlı səsləndirilən versiyanı dəstəkləyib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, B. Obama bildirib ki, ABŞ hadisənin terror aktı olması versiyasına ciddi yanaşır və bununla bağlı xüsusi təhqiqat aparmağa hazırlaşır. O qeyd edib ki, istintaq baş verən hər şeyi aydınlaşdıracaq. “Hadisədə terror ehtimalını istisna etməmək üçün kifayət qədər məlumata sahibik”, - deyə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest əlavə edib.

Misir Mülki Aviasiya Nazirliyi isə yayılan bütün versiyaları əsassız sayaraq, baş verənlər barədə etibarlı mənbənin İstintaq Komissiyası olduğunu bildirib.

Xatırladaq ki, "A 321" təyyarəsində mümkün terror aktı barədə versiya ilə ilk dəfə Böyük Britaniya baş nazirinin dəftərxanası çıxış edib.

Qeyd edək ki, Şarm-əŞ-Şeyxdən Sankt-Peterburqa uçan Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib. Havada parçalanan təyyarənin göyərtəsindəki 224 nəfərin hamısı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR