ARDNF AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb

ARDNF AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb
# 18 mart 2016 06:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin martın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında AÇQ yataqları üzrə fond 790 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 14 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.03.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 117,799 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,457 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR