Vaan Martirosyan: "Ermənistan Ordusu hazırda hansısa orduya cavab verəcək gücdə deyil" - YENİLƏNİB - VİDEO

Vaan Martirosyan: "Ermənistan Ordusu hazırda hansısa orduya cavab verəcək gücdə deyil" - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ermənistanda heç kəs müharibənin təzədən başlanmasını istəmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yaşlı nəsil bunu heç istəmir: “Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

Erməni hüquq müdafiəçisi ordunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də deyib: "Müdafiə naziri Seyran Ohanyan olsa da, əslində heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğinin yarısı Xaçaturyanını cibinə getməsə, o, həmin gecə yatmayacaq".

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR