Ermənilərin açdığı atəş nəticəsində daha iki dinc sakin yaralanıb

Ermənilərin açdığı atəş nəticəsində daha iki dinc sakin yaralanıb
# 04 aprel 2016 20:26 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha 2 dinc sakini yaralanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıblar.

Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR