Obama Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Obama Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyaları müzakirə edib
# 08 iyul 2016 20:42 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsini müzakirə edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bəyan edib.

"Tərəflər Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinin vacibliyini təsdiqləyiblər. Minsk razılaşmalarına dəstək verən tərəflər Rusiyanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıblar”, deyə B.Rods bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Polşanın paytaxtı Varşavada NATO-nun Sammitində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR