10 saylı Cəzaçəkmə Müəssisəsində və Müalicə Müəssisəsində sesvermə keçirilir

10 saylı Cəzaçəkmə Müəssisəsində və Müalicə Müəssisəsində sesvermə keçirilir
# 26 sentyabr 2016 12:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin tabeliyində olan müəssisələrdə səsvermə davam edir.

APA-nın məlumatına görə, Müalicə Müəssisəsində 24 saylı Nizami Seçki Dairəsinin 36 saylı məntəqəsi təşkil edilib. Məntəqənin sədri Məhəmməd Əhmədov bildirib ki, siyahı üzrə 350 nəfər seçici var. Onun sözlərinə görə, hazırda 180 məhkum səs verib.

10 saylı Cəzaçəkmə Müəssisəsində isə 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 35 saylı məntəqəsi yaradılıb. Məntəqənin sədri Elşad Əhmədov bildirib ki, siyahı üzrə 971 seçici var, indiyə qədər 500 nəfər səsvermədə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR