The Washington Post: ABŞ Suriya məsələsində razılıq əldə edilməsi üçün Rusiyaya son təklifini verib

The Washington Post: ABŞ Suriya məsələsində razılıq əldə edilməsi üçün Rusiyaya son təklifini verib
# 08 sentyabr 2016 08:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ Suriya məsələsində razılıq əldə edilməsi məqsədilə Rusiyaya son təklifini verib.

APA-nın "The Washington Post" nəşrinə istinadən verdiyi xəbərə görə, Vaşinqton yaxın bir neçə gün ərzində rəsmi Moskvadan məlumat gözləyir.

Təklifə Suriyanın bütün ərazisində sülhə nail olunması, humanitar koridorun yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, habelə terrorçuların mövqelərinə qarşı Rusiya-ABŞ hava kampaniyası daxildir.

İki ölkə arasında razılıq əldə edilmədiyi halda, Vaşinqtonun hansı addımları atacağı açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR