Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Musiqi Mərkəzi açılıb

Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Musiqi Mərkəzi açılıb
# 12 mart 2016 11:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov yüksək səviyyədə qurulmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırıb və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini vurğulayıb.

Daha sonra xalq çalğı alətləri Dövlət Kamera Orkestri Üzeyir Hacıbəyovun əsərlərini ifa edib, orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR