İran tərəfi İrəvandakı Azərbaycan məscidinin icarə verilməsi məsələsinə aydınlıq gətirib

İran tərəfi İrəvandakı Azərbaycan məscidinin icarə verilməsi məsələsinə aydınlıq gətirib
# 28 dekabr 2015 10:03 (UTC +04:00)

APA-nın Tehran müxbirinin verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari ənənəvi brifinqdə APA-nın sualına cavabında deyib.

O bildirib ki, imzalanmış sənədə uyğun olaraq hazırda məscidlə bağlı bəzi işlər görülür.

Qeyd edək ki, Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi məsələsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanıb. İran məsciddən mədəniyyət mərkəzi kimi istifadə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR