"Bank of Baku" dollarla olan kreditləri manata çevirir

"Bank of Baku" dollarla olan kreditləri manata çevirir
# 17 mart 2016 08:55 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank of Baku" krediti dollarda olan müştərilər üçün Novruz bayramına özəl olaraq yeni güzəşt imkanını təqdim edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, dollarda kredit götürmüş müştərilər 17 və 18 mart tarixlərində banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər. Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən - minimum 10%-dən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün komissiya haqqı nəzərdə tutulmayıb.

Novruza özəl olaraq start verilən bu güzəşt kampaniyası çərçivəsində dollar kreditini manata çevirmək istəyən müştərilər, krediti rəsmiləşdirdikləri və ya istənilən filiala müraciət edə bilərlər.

Qeyd edək ki, bir müddət öncə "Bank of Baku" ödəmə qabiliyyətində çətinlik yaranan müştərilərinə dəstək məqsədilə iki istiqamətdə güzəştlər paketi təqdim etmişdir. Güzəşt paketi haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola və ya Bankın filiallarına müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR