Papua-Yeni Qvineyada 6,7 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 6,7 bal gücündə zəlzələ baş verib
# 08 fevral 2016 18:00 (UTC +04:00)

Bakı-APA. Papua-Yeni Qvineya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Panquna şəhərindən 96 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 5-də Tayvanda 6,4 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 38 nəfər ölmüş, 100-dən çox insan itkin düşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR