Goranboyda avtomobil yanıb, 2 nəfər ölüb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Goranboyda avtomobil yanıb, 2 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 14:52 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistralında baş verən qəza zamanı ölən iki nəfərin kimlikləri məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölənlər Goranboy rayonunun Dəliməmmədli şəhər sakinləri, “Mercedes” markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Bilal İbrahimov və sərnişin 1984-cü il təvəllüdlü Rövşən Həsənovdur.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

16:41

Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtomobil yanıb və içərisində olan iki nəfər ölüb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR