Ötən ay SOCAR Ceyhan limanından xam neft ixracını 19% azaldıb

Ötən ay SOCAR Ceyhan limanından xam neft ixracını 19% azaldıb
# 02 may 2016 16:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin aprel ayında Ceyhan limanından 1 mln. 112 min 953 ton xam neft ixrac edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 18,81% azdır.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Ceyhan limanından 5 mln. 741 min 694 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,10% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR