Kolumbiyanın ən sıx məskunlaşmış əyalətində zəlzələ baş verib

Kolumbiyanın ən sıx məskunlaşmış əyalətində zəlzələ baş verib
# 14 sentyabr 2016 05:41 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın ən sıx məskunlaşmış Antokiya əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 01.58-də (Bakı vaxtı ilə 05.58-də) Mutata şəhərindən 38 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, təkanlar əyalətin 200 km aralıda yerləşən mərkəzi Medellinedə, həmçinin, Kolumbiyanın 600 km aralıda paytaxtı Boqotada da hiss olunub.

Dağıntılar və tələfat barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR