İndoneziyada baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində 62 nəfər xəsarət alıb

İndoneziyada baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində 62 nəfər xəsarət alıb
# 25 sentyabr 2015 03:40 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Qərbi Papua əyaləti yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Mərkəz məlumat yayıb. Əsas təkandan sonra 4,3 və 3,9 bal gücündə daha iki afterşok qeydə alınıb.

Zəlzələnin episentri Soronq şəhərindən 28 km aralıda 24 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.

Məlumata görə, yeraltı təkanlar 15 saniyə hiss edilib, bir neçə evin divarları uçub, pəncərələr qırılıb.

Son məlumata görə, 62 nəfər xəsarət alıb, 200 evə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR