Misir XİN: Qəzaya səbəb ola biləcək bütün versiyalar nəzərdən keçirilir

Misir XİN: Qəzaya səbəb ola biləcək bütün versiyalar nəzərdən keçirilir
# 09 noyabr 2015 22:30 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus “Airbus А321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasının səbəblərinin araşdırılmasında bütün versiyalar nəzərdən keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Misir xarici işlər nazirliyinin rəsmisi Əhməd Əbu Zeyd bəyan edib.

“Hazırda qəza ilə bağlı yaradılan istintaq komissiyası bütün versiyaları nəzərdən keçirir”, deyə Ə. Əbu Zeyd bildirib. Onun sözlərinə görə, rəsmi Qahirə hər hansı ölkənin kəşfiyyat idarəsindən və yaxud digər qurumlardan qəza ilə bağlı məlumat almayıb.

Qeyd edək ki, Böyük Britaniya təyyarənin göyərtəsində terror aktının törədilməsi ehtimalına dair kəşfiyyatın əldə etdiyi məlumatları Rusiyaya təqdim edib.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR