Bakı-Sumqayıt-Bakı elektrik qatarlar ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarlar ilə daşınan sərnişinlərin sayı açıqlanıb
# 27 oktyabr 2015 12:32 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Bakı sərnişin stansiyasından standart vaqonlara 39 min 232, biznes sinfinə aid olan vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32 min 473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.

Xatırladaq ki, sentyabr ayının 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildirir ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz mənzil başına çatdırılması istiqamətində görülən işləri davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR