Rusiyanın Vaxtanqov teatrı Azərbaycan tələbələri üçün kurs təşkil edəcək

Rusiyanın Vaxtanqov teatrı Azərbaycan tələbələri üçün kurs təşkil edəcək
# 12 fevral 2016 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Bu ildən etibarən Rusiyanın Vaxtanqov teatrının nəzdindəki teatr məktəbi Azərbaycan tələbələri üçün ilk dəfə olaraq kurs təşkil edəcək. Taleyini teatr sənəti və kino ilə bağlamaq istəyən, imtahanlarını uğurla verən tələbələr bu imkandan istifadə edə biləcəklər. Azərbaycan dövləti onların təhsilini öz üzərinə götürüb. Bu, böyük yenilikdir”.


APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir əlavə edib ki, kursun rəhbəri Rusiyanın əməkdar incəsənət xadimi, professor Mixail Borisovdur. Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilib. Dram teatrı və kino artisti üzrə qəbul sayı 15 nəfər, təhsil müddəti - 4 il, teatr rejissorluğu üzrə qəbul sayı 5 nəfər, təhsil müddəti – 5 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR