Gədəbəyə yağan qar yolları bağlayıb

Gədəbəyə yağan qar yolları bağlayıb
# 02 yanvar 2016 10:26 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli - APA. Gədəbəy rayonunda yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqəni kəsib.

Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, ötən gün yağan qar Gədəbəy rayonunda da bir sıra fəsadlar yaradıb. Belə ki, rayonun ucqar kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib. Komissiyadan bildirilib ki, rayon Yol İstismarı Sahəsinin texnikası vasitəsi ilə magistral yolların təmizlənməsi işi aparılır.

Qar rayonun bir neçə ucqar kəndini elektrik enerjisiz qoyub. Hazırda elektrikin verilişinin bərpa edilməsi istiqamətində də işlərin aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR