"Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 05 may 2016 10:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Heydər Əliyevin 93 illiyi münasibətilə dini icmalar arasında "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" mövzusunda elan olunan məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti barədə danışıb. O bildirib ki, Heydər Əliyev xalqının, dövlətinin inkişafında mühüm işlər görüb, bütün həyatını öz millətinə həsr edib: "Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdarkən ölkə xaos içərisində idi. Lakin o, ölkəni dağılmaq təhlükəsindən qurtardı. İqtisadiyyatı dirçəltdi, böyük dövlətlərin Azərbaycana sərmayə qoymasına nail oldu. Bunun nəticəsində 1996-cı ilin Azərbaycan iqtisadi tənəzzüldən qurtuldu. Buna görə də hesab edirəm ki, Heydər Əliyev Azərbaycan xalqının tarixi şəxsiyyətidir və o, əsrlərlə xalqın qəlbində yaşayacaq. Çünki o, gələcək nəsillər üçün daha xoşbəxt Azərbaycan yaratdı".

O qeyd edib ki, Azərbaycan hazırda multikultiral və tolerant dəyərləri özündə yaşadan ölkəyə çevrilib ki, bu istiqamətdə də H. Əliyevin rolu böyükdür.

QMİ-nin sədr müavini Fuad Nurullayev çıxışında H. Əliyevin siyasi fəaliyyətini yüksək qiymətləndirərək, məscidlərin, dini icmaların tikilməsinə böyük təşəbbüs göstərdiyini qeyd edib: "Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bir çox dini icmanın vəhdətində yaşayır. Tolerantlıq deyəndə Azərbaycanda bunlar vəhdət olaraq özünü göstərməkdir. Azərbaycan modeli həqiqətən dünyaya bir nümunədir".

Tədbirdə digər çıxışlar da dinlənilib.

Sonda müsabiqə qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR