Qırğızıstan prezidenti müalicəsini Moskvada davam etdirəcək

Qırğızıstan prezidenti müalicəsini Moskvada davam etdirəcək
# 23 sentyabr 2016 09:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Qırğızıstan prezidenti Almazbek Atambayev müalicəsini davam etdirmək üçün Moskvaya gedib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qırğızıstan prezidenti müalicəsini Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasında davam etdirəcək.

"Həkimlərin tövsiyyəsi və Rusiya tərəfinin dəvəti ilə Almazbek Atambayev sentyabrın 23-də ürəyində yaranmış ağrılarla müalicəni davam etdirmək üçün Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasına gəlib", - deyə Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin məlumatında qeyd olunub.

A. Atambayevlə Qırğızıstan prezidenti işlər idarəsinin kliniki xəstəxanasının baş həkiminin müavini də Moskvaya gedib.

Qeyd edək ki, sentyabrın 20-də A. Atambayev BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedərkən təyyarəyə minməmişdən öncə özünü pis hiss edib. Sinəsindəki ağrılardan şikayətlənən prezidentə ilkin tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR