Ucarın qazla təchizatında yaranmış ciddi problemlər hələ də həllini tapmayıb

Ucarın qazla təchizatında yaranmış ciddi problemlər hələ də həllini tapmayıb
# 29 iyun 2016 09:52 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarın təbii qazla təchizatında ciddi problem hələ də yaşanır.

Abonentlərin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb.

Yerli qaz istismar sahəsinin qəza xidmətindən verilən məlumata görə, rayon ərazisində bu gün qazın müvəqqəti olaraq dayandırılmasına səbəb təmir işlərinin aparılmasıdır. Qəza xidmətindən axşamadək təmir işlərinin yekunlaşacağı bildirilir.

Qeyd edək ki, Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmasa da, son vaxtlar "mavi yanacaq" fasilələrlə və ya istifadəsi mümkün olmayacaq qədər çox aşağı təzyiqlə verilir.

Yaranmış vəziyyət rayon sakinlərinin narazılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR