Dövlət Sərhəd Xidmətinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin Akademiyasında  Konstitusiya günü münasibətilə tədbir keçirilib
# 12 noyabr 2015 14:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dövlət Sərhəd Xidmətinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, əsas qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımız tarixi qələbələrə imza atıb, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri birliyində layiqli yer tutub.

Konstitusiya ölkəmizin hərbi qüdrə­ti­nin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qaza­nıl­ma­­sına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviy­yə­sinə qaldı­rıl­masına əlverişli zəmin yaradıb, dövlət sərhəd­ləri­mi­zin toxu­nul­maz­lığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR