Almaniyalı siyasətçi: "Polis sərhədi qeyri-qanuni keçən miqrantlara atəş açmalıdır"

Almaniyalı siyasətçi: "Polis sərhədi qeyri-qanuni keçən miqrantlara atəş açmalıdır"
# 01 fevral 2016 10:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Almaniya polisi ölkə ərazisinə qeyri-qanuni keçməyə cəhd edən miqrantlara atəş açmalıdır”.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu “Almaniya üçün Alternativ” adlı partiyanın liderlərindən biri olan Frauke Petri deyib.

F. Petri bildirib ki, təhlükəsizlik qüvvələri Avstriyadan Almaniyaya keçməyə cəhd edən miqrantların qarşısını almalıdır. Onun sözlərinə görə, belə hallarda silahdan istifadə labüddür: “Bunun baş verməsini istəmirəm, lakin bu, ən son yoldur. Fövqəladə vəziyyətlər zamanı sərhəddə təhlükəsizlik qüvvələrinin silahdan istifadə etməsi vacibdir. Bunu qanun tələb edir”.

Partiya liderinin sözləri yerli siyasətçilər, eləcə də hüquq-mühafizə orqanlarının təmsilçiləri tərəfindən narazılıqla qarşılanıb. Almaniya polisinin həmkarlar ittifaqından isə bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara atəş açmayacaqlar.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel ölkələrindəki münaqişə başa çatdıqdan sonra miqrantların geri qaytarılacağını vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR