Bakıda 10 gün əvvəl avtobusla vurulan piyada ölüb

Bakıda 10 gün əvvəl avtobusla vurulan piyada ölüb
# 06 fevral 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtobusun vurduğu piyada dünyasını dəyişib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 28-də Səbail rayonunun Badamdar şosesində Bakı şəhər sakini Mehman Əsədov idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçən paytaxt sakini İstafil Xankişiyevi vurub. Xəstəxanaya yerləşdirilən İ. Xankişiyev fevralın 5-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR