Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə üçüncü konteyner qatarı Azərbaycanа çatıb

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə üçüncü konteyner qatarı Azərbaycanа çatıb
# 12 dekabr 2015 12:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Çinin Lyanunqan vilayətindən yola düşən üçüncü konteyner qatarı dekabrın 11-də Azərbaycana çatıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Transxəzər - Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə (İstanbul) marşrutu ilə hərəkət edən konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, “Qazaxıstan temir jolı” SC, “Çin Dəmir Yolları” (ÇSR) “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.

Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətədavamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Sabah Gürcüstanda 21 vaqondan ibarət konteyner qatarının qarşılanması mərasimi nəzərdə tutulub.


Qeyd edək ki, bu il avqustun 3-də Şixezi (Çin) - Dostık -Aktau - Ələt limanı marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət olan ikinci konteyner qatarı sentyabr ayının sonunda Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tiflis Uzlovaya stansiyasına çatıb. Əvvəllər belə konteyner qatarlar аlternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsi ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR