Bakı sakini qəbul etdiyi narkotik vasitənin təsirindən ölüb

Bakı sakini qəbul etdiyi narkotik vasitənin təsirindən ölüb
# 20 fevral 2016 10:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yüksək dozada narkotik qəbul edən şəxs ölüb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini İbrahim Şirəliyev qəbul etdiyi narkotik vasitənin təsirindən vəfat edib. İlkin ehtimala görə, o yüksək dozada narkotik qəbul etdiyi üçün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR