Azərbaycan Milli Məclisinin sədri Belarusa səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Belarusa səfər edəcək
# 05 noyabr 2015 11:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Milli Məclisinin sədrinin 2016-cı ilin əvvəlində Belarusa səfəri gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə Belarus Milli Məclisi Nümayəndələr Palatasının beynəlxalq münasibətlər komissiyasının sədri Vitaliy Busko BelTA agentliyinə müsahibəsində bildirib. “Bundan əvvəl qarşıdan gələn səfəri müzakirə etmək məqsədilə Belarus parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun Azərbaycana səfərini planlaşdırırıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, V. Busko Azərbaycanda keçirilən parlament seçkilərini izləyən MDB müşahidə missiyasının tərkibinə daxil idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR