Kanadada buz yağışı səbəbindən yüzlərlə uçuş ləğv olunub

Kanadada buz yağışı səbəbindən yüzlərlə uçuş ləğv olunub
# 25 fevral 2016 04:03 (UTC +04:00)

Bakı-APA. Kanadanın Ontario və Kvebek əyalətlərində yağan buz yağışı yüzlərlə uçuşun ləğv edilməsinə səbəb olub.

APA-nın CBC-yə istinadən verdiyi xəbərə görə, təkcə Toronto şəhərindəki “Pirson” hava limanında 150 aviareys ləğv olunub.

Monreal və Ottavadan isə ABŞ-ın Nyu-York, Çikaqo, Boston, Filadelfiya və Vaşinqton şəhərləri istiqamətində onlarla uçuş təxirə salınıb.

Kanada Meteoroloji Bürosunun proqnozlarına əsasən, ölkədə buz yağışı fevralın 25-də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR