Gəncədə iki "VAZ" toqquşub, sürücü xəsarət alıb

Gəncədə iki "VAZ" toqquşub, sürücü xəsarət alıb
# 23 sentyabr 2016 20:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

“VAZ 2107” və “VAZ 2104” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2107”-nin sürücüsü, Samux rayon sakini, 1987-ci il təvəllüdlü Şahmar Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR