Türkiyədə baş verən yol qəzasında azərbaycanlı qadın ölüb

Türkiyədə baş verən yol qəzasında azərbaycanlı qadın ölüb
# 08 yanvar 2016 12:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin Çanaqqala bölgəsində mühacirləri daşıyan avtobusla avtomobilin toqquşması zamanı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan azərbaycanlı qadın həyatını itirib. APA-nın “Haberler.com”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtobusun sərnişinlərindən 4, avtomobilin sərnişinlərindən isə bir nəfər ölüb. Avtobusda ölənlərdən 2-si uşaqdır. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb. Qəza avtomobilin sürücüsü Mehmet Çakır qardaşı Ramazan Çakır və Bakıda keçən il evləndiyi həyat yoldaşı, azərbaycanlı Sevil Çakırı Bayramiçdə evlərinə apararkən baş verib. Azərbaycanlı qadının həyat yoldaşı Ramazan Çakır isə qəza nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinləri Yunanıstanın Midilli adasına getməyə çalışan Suriya, Əfqanıstan və Myanma əsilli şəxslər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR