Türkiyənin iki tanınmış jurnalisti həbs edilib

Türkiyənin iki tanınmış jurnalisti həbs edilib
# 26 noyabr 2015 20:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbs ediliblər.

APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, jurnalistlər bu gün bir müddət öncə Türkiyədən Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar.

Onlar ifadə verdikdən sonra barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün növbətçi məhkəməyə gətiriliblər.

Məhkəmə jurnalistlər barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Qeyd edək ki, Türkiyədə prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR