Makedoniya və Monteneqro teatrları əməkdaşlıq üçün Milli Dram Teatrına müraciət edib

Makedoniya və Monteneqro teatrları əməkdaşlıq üçün Milli Dram Teatrına müraciət edib
# 03 noyabr 2015 10:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Makedoniya və Monteneqro teatrları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına əməkdaşlıqla bağlı müraciət edib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaxın vaxtlarda Monteneqro teatrının nümayəndələri ilə Akademik Milli Dram Teatrının direktorunun görüşü nəzərdə tutulub.

Mətbuat xidmətindən əlavə ediblər ki, gələcəkdə MDB, Avropa və türkdilli ölkələrin teatrları ilə qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR