Suriyada döyüşlərdə iştirak edən şəxslərin şikayəti əsasında məhkəmə prosesi başlayıb

Suriyada döyüşlərdə iştirak edən şəxslərin şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 10 dekabr 2015 07:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mübariz Tahirov və Telman Bəkirovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 17-nə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla Bəkirov Telman Əvəz oğlu və Tahirov Mübariz Əmən oğlu saxlanılıb. Onlar 2014-2015-ci illər ərzində Suriya Ərəb Respublikasının ərazisində "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR