Bakıda civə satan Ağcabədi sakininə hökm oxunub

Bakıda civə satan Ağcabədi sakininə hökm oxunub
# 11 mart 2016 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində civə alverində təqsirləndirilən Barat Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Şirinov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Barat Şirinov 5 kiloqram 130 qram ağ civəni satarkən tutulub. O, Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR