Ukrayna BMT Təhlükəsizlik Şurasının müvəqəti üzvü olmaq niyyətindədir

Ukrayna BMT Təhlükəsizlik Şurasının müvəqəti üzvü olmaq niyyətindədir
# 07 oktyabr 2015 08:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Oktyabrın 15-də BMT Baş Assambleyasının mənzil qərargahında 2016-2017-ci illər üçün BMT Təhlükəsizlik Şurasının 5 yeni qeyri-daimi üzvü seçiləcək.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, Şərqi Avropa dövlətlərindən yalnız Ukrayna müvəqqəti üzvlük üçün namizədliyini irəli sürməyə hazırlaşır. Buna qədər Ukrayna 3 dəfə - 1948-1949, 1984-1985 və 2000-2001-ci illərdə BMT TŞ-nin müvəqqəti üzvü olub.

Afrika və Asiya-Sakit okean qrupu dövlətlərindən Misir, Seneqal və Yaponiya, Latın Amerikası dövlətlər qrupundan isə bir yer üçün Uruqvayın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, 31 dekabrda İordaniya, Nigeriya, Litva, Çad və Çili Təhlükəsizlik Şurasındakı yerlərini tərk edəcəklər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası təşkilatın 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin Xalq Respublikası, Fransa, Rusiya Federasiyası və ABŞ TŞ-nin daimi üzvləridir. Daha 10 üzv Baş Assambleyada 2 illiyə seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR