Türkiyədə hərbi hissədə qumbara partlayıb, 3 əsgər həlak olub

Türkiyədə hərbi hissədə qumbara partlayıb, 3 əsgər həlak olub
# 21 oktyabr 2015 15:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyədə hərbi hissədə partlayış baş verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkarinin Yüksəkova rayonunda hərbi hissənin kazarmasında ehtiyatsızlıq nəticəsində əl qumbarası partlayıb.

Partlayış nəticəsində yaralanan 5 əsgərdən 3-ü şəhid olub. Yaralı əsgərlərdən biri xəstəxanadan buraxılıb, digər əsgərin müalicəsi isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR