Təkrar mənzil bazarında 6%-lik ucuzlaşma müşahidə olunur

Təkrar mənzil bazarında 6%-lik ucuzlaşma müşahidə olunur
# 23 dekabr 2015 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Bakının təkrar mənzil bazarında ötən aylarda olduğu kimi dinamikanın azalması davam edib. Ay ərzində təklifə çıxarılmış (6000-dən artıq) mənzillər üzrə orta qiymət göstəricisi 5,6% azalaraq, 1349 manat/1 kv.metr təşkil edib.

Bunu “APA-Economics”ə Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə bildirib.

Ekspertin sözlərinə görə, bağlanan əqdlərin dinamikasının ötən ayla müqayisədə 4,0% azalma qeydə alınıb, bu da ipoteka kreditlərinin verilməsində ilin sonun doğru azalmanın olması ilə bağlıdır: “Aparılan araşdırmalar və təhlillərə əsasən qiymət dinamikasının aşağı templə davam etməsinin əsas səbəbləri makroiqtisadi göstəricilərin sürətlə azalması, ölkənin gəlirlərinin aşağı düşməsi və buna müvafiq olaraq bazara pul axınlarının məhdudlaşması və istehlakçıların alıcılıq qabiliyyətinin azalmasıdır. Maliyyə bazarlarında baş verən qeyri-müəyyən iqtisadi tendensiyaların dərinləşməsi nəticəsində fond və maliyyə bazarlarına etimadın düşməsi də səbəblərdən biri kimi izah olunur. Nağd alışların həcmi azalmaqda davam edir. Bu da öz növbəsində mənzil bazarı üzrə ekspozisiya müddətinin və risk dərəcəsinin artmasına təsir göstərir”.

O bildirib ki, beləliklə, ötən ayla müqayisədə qiymət azalması 5,6%, ötən rüblə müqayisədə 13%, ötən ilin müvafiq dövrünə münasibətdə isə 19,1% təşkil edib.

“Əmlak Ekspert Mərkəzi”nin 2015-ci ilin noyabr ayı üçün təkrar mənzil bazarında apardığı monitorinqin nəticələri - 1kv.m/manat

Ünvan

1kv.m/manat

A.Nemətulla. küçəsi

1813

A.Sultanova heykəli

1722

ABŞ səfirliyi

1844

Atatürk prospekti

1847

Aviakassa

1811

Avropa oteli

1740

Azdrama

2062

Azərb. Kinoteatrı

2687

Azərbaycan prospekti

2382

Azneft

2475

Azadlıq prospekti

1676

Axundov bağı

2256

Biləcəri qəsəbəsi

1540

Binə qəsəbəsi

1130

Bül-Bül prospekti

2763

Buzovna qəsəbəsi

1110

Babək prospekti

1594

Badamdar qəsəbəsi

1568

Bayıl qəsəbəsi

1636

Bakı kinoteatrı

1419

Bakıxanov qəsəbəsi

1457

Bakıxanov küçəsi

2044

Beşmərtəbə

2198

C.Hacıbəyli küçəsi

1920

C.Naxçıvanski küçəsi

1560

Cavanşir körpüsü

1782

D.Eliyeva küçəsi

1934

Dərnəgül qəsəbəsi

1469

Dostluq kinoteatrı

1852

E.Ələkbərov küçəsi

2039

Əhmədli metrosu

1510

Əhmədli qəsəbəsi

1302

Əzizbəyov heykəli

2061

F.X.Xoyski prospekti

1777

Fəvvarələr meydanı

2551

Füzuli küçəsi

2311

Gəncə prospekti

1322

Gənclik metrosu

2038

H.Aslanov metrosu

1412

H Aslanov qəsəbəsi

1313

H.Cavid prospekti

1838

H.Əliyev prospekti

1910

H.Əliyev adına saray

2284

H.Z.Tağıyev komb.

1411

Həsən Əliyev küçəsi

1683

Hövsan qəsəbəsi

1215

Hyyat Regensy oteli

1745

İçəri şəhər

2670

Içərişəhər metrosu

2665

İnşaatçılar metrosu

1704

Inşaatçılar prospekti

1673

Istiqlaliyyet küçəsi

2537

Lökbatan qəsəbəsi

1207

M.Əcəmi metrosu

1723

M.Hadi küçəsi

1304

M.Qaşqay küçəsi

1701

Mətbuat prospekti

1587

MUM

2545

Müşfiq qəsəbəsi

999

Malakan bağı

2785

Mehmandarov küçəsi

1313

Montin qəsəbəsi

1792

N.Tusi küçəsi

1289

Nərimanov heykəli

1910

Nərimanov məhkəməsi

1801

Nərimanov metrosu

1956

Nərimanov prospekti

1813

Nəsimi bazarı

1864

Nizami (Tarqovı) küç

2894

Nizami metrosu

1942

Nizami kinoteatrı

2479

Nizami küçəsi

2604

Neftçilər metrosu

1737

Neftçilər prospekti

2655

Neapol dairəsi

1397

Nobel prospekti

1225

Parlament prospekti

2197

Q.Qarayev metrosu

1647

Qələbə kinoteatrı

1593

Qaraçuxur qəsəbəsi

1442

R.Behbudov küçəsi

2380

Rəsulzadə qəsəbəsi

1558

Rusiya səfirliyi

1910

Radiozavod

1421

S.Vurğun bağı

2149

S.Vurğun küçəsi

2077

Şərifzadə küçəsi

1613

Şərq bazarı

1585

Şıxlinski küçəsi

1355

Statistika komitəsi

1927

Suraxanı qəsəbəsi

1390

Sabunçu qəsəbəsi

1427

Sahil metrosu

2894

Sahil qəsəbəsi

1242

Tbilisi prospekti

1684

Təbriz küçəsi

1697

Təzə bazar

1767

Tibb universiteti

1856

Ü.Hacıbəyov küçəsi

1935

Ukrayna dairəsi

1456

Vorovski qəsəbəsi

2035

Yasamal bazarı

1593

Yasamal qəsəbəsi

1579

Yeni Gün. qəsəbəsi

1327

Yeni Yas. qəsəbəsi

1206

Z.Bünyatov küçəsi

1467

Z.Əliyeva küçəsi

2784

Z.Xəlilov küçəsi

1921

Zığ qəsəbəsi

1441

Zabrat qəsəbəsi

1082

Zorge bağı

1809

Zoopark

1983

Elmler Ak. metrosu

1887

K.Günəşli qəsəbəsi

1453

K.Marks heykəli

1670

Keşlə qəsəbəsi

1488

Olimp mağazası

1804

X.Dostluğu metrosu

1529

Xaqani küçəsi

2544

Xəzər univermağı

1435

Xətai metrosu

1685

Xırdalan qəsəbəsi

1305

1-ci mikrorayon

1456

20 Yanvar metrosu

1726

20-ci sahə qəsəbəsi

1239

28 may metrosu

2350

28 May küçəsi

2243

2-ci mikrorayon

1426

3-cü mikrorayon

1556

4-cü mikrorayon

1448

5-ci mikrorayon

1513

5№-li xəstəxana

1716

6-cı mikrorayon

1435

7-ci mikrorayon

1472

8-ci mikrorayon

1675

8-ci km qəsəbəsi

1546

9-cu mikrorayon

1456

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR