Azərbaycan əhalisi iki ayda kreditlər üzrə faizlərin ödənilməsinə 155 mln. manat xərcləyib

Azərbaycan əhalisi iki ayda kreditlər üzrə faizlərin ödənilməsinə 155 mln. manat xərcləyib
# 17 mart 2016 15:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8% artaraq 480,1 manat təşkil edib.


APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2% artaraq 6 mlrd. 459,3 mln. manata çatıb.

Gəlirlərin 81%-i və ya 5 mlrd. 232 mln. manat son istehlak xərclərinə, 10,7%-i və ya 691 mln. 145 min manat vergilərin, sığorta və üzvlük haqlarının, 2,4%-i və ya 155 mln. manat kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9%-i və ya 381 mln. 99 min manat isə yığıma yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR