Çexiya parlamentinin spikeri: "Azərbaycanla siyasi əlaqələrimiz yüksək səviyyədədir"

Çexiya parlamentinin spikeri: "Azərbaycanla siyasi əlaqələrimiz yüksək səviyyədədir"
# 14 mart 2016 09:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Çexiya ilə Azərbaycan arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Lakin iqtisadi əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek deyib.

Azərbaycanın Çexiyanın əsas neft təchizatçısı olduğunu deyən Y. Hamaçek ölkəsinin ticarət kəsiri müəyyən məhsulların, məsələn, maşınlar, sənaye malları hesabına kompensasiya etməyə hazır olduğunu bildirib.

“Bildiyimə görə, Azərbaycanda dəmir yolu xətlərinin inşası ilə bağlı razılaşma var. Ona görə də bu sahədə əməkdaşlığı inkişaf etdirə bilərik”, - deyə o vurğulayıb.

Azərbaycan prezidenti ilə görüşünə toxunan qonaq söhbət zamanı Çexiya-Azərbaycan strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyini bildirib: “Azərbaycan prezidentinə həmçinin parlamentlərarası münasibətlərimizi gücləndirmək istədiyimi nəzərə çatdırdım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR