Azərbaycanlı investorlar Ukraynanın Sumı vilayətinə 22 mln. dollar yatıracaq

Azərbaycanlı investorlar Ukraynanın Sumı vilayətinə 22 mln. dollar yatıracaq
# 14 yanvar 2016 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukraynanın Sumı vilayətinin dövlət administrasiyasının rəhbərliyi azərbaycanlı investorlarla Romensk rayonunda ümumi dəyəri 22 mln. dollar və illik gücü 220-230 min ton həcmində olan soya emalı zavodunun tikintisi ilə bağlı razılığa gəliblər.

APA-Economics”in Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə administrasiyanın rəhbəri Nikolay Kloçko bildirib.

Tikintisi planlaşdırılan soya zavodunun emalı üzrə ilkin mərhələdə 200-dən çox yeni iş yerinin açılması gözlənilir.

“Bundan başqa, 2016-cı ildə vilayətin Belopolsk vilayətindəki keçmiş Veliko-Jovtnev şəkər zavodunun bazasında ilk növbədə alternativ yanacaq növləri, xüsusilə də bioetanın istehsalı ilə məşğul olacaq müəssisənin açılışı planlaşdırılıb”, - deyə o bildirib.

N. Kloçko vurğulayıb ki, bu investisiya layihələri barədə əminliklə danışmaq mümkündür: “Çünki, bu layihələrin altında konkret razılıq və fəaliyyət durur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR