Bakı-APA. “Siz Vətən uğrunda döyüşmüsünüz, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir, Azərbaycan xalqı sizinlə fəxr edir”.
APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib. Dövlət başçısı Ali Baş Komandan kimi yaralı əsgərlərə minnətdarlıq edib: “Siz döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. Azərbaycan ordusu düşmən ordusuna layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan zabiti, Azərbaycan əsgəri qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar. Sizin apardığınız hərbi əməliyyatlar gələcəkdə hərbi kitablarda əksini tapacaq”.
Prezident İlham Əliyev: “Azərbaycan ordusu düşmənə layiqli cavab verdi”
05 aprel 2016 13:14 (UTC +04:00)
Daxili siyasət
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024