Bakıda “NAZ-Lifan” oğurlanıb

Bakıda “NAZ-Lifan” oğurlanıb
# 04 fevral 2016 08:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda “NAZ-Lifan” markalı avtomobil oğurlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb. Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib. Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR