Canahgir Hacıyevlə bağlı məhkəməyə müraciət olunub

Canahgir Hacıyevlə bağlı məhkəməyə müraciət olunub
# 11 yanvar 2016 15:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı məhkəməyə müraciət olunub.

Bu barədə APA-ya məlumat verən vəkil Aqil Layıcov bildirib ki, 10 gündən artıqdır ki, Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: “Cahangir Hacıyev on gündür, Bakı İstintaq təcridxanasından həmin idarəyə gətirilib. Bu, qanunvericiliyə ziddir. Bununla bağlı bu gün Nərimanov rayon Məhkəməsinə saxlanmanın qanunsuz hesab edilməsi barədə iddia ilə müraciət etmişik”.

Vəkil bu gün müdafiə etdiyi şəxslə görüşdüyünü, səhhətinin normal olduğunu, lakin evdən gətirilən yeməklərin C. Haciyevə verilmədəyini bildirib.

Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR