Bakının bəzi hissələrinin su təchizatı məhdudlaşdırılır

Bakının bəzi hissələrinin su təchizatı məhdudlaşdırılır
# 04 avqust 2016 07:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5, 7, 9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR