ABŞ səfiri: “Hər konqresmenin öz fikri var”

ABŞ səfiri: “Hər konqresmenin öz fikri var”
# 15 fevral 2016 19:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Nümayəndələr Palatasının 435 konqresmeni və 100 senator daxil olmaqla ABŞ konqresinin hər bir üzvünün öz fikrini ifadə etmək hüququ var.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, konqresmen Adam Şiffin dediyi barədə məlumatı yoxdur: “Lakin ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da azad və sülh bərqərar olunmuş Avropa istiqamətində öz səylərini göstərib. O da diqqətini məhz bu məsələyə cəmləşdirib".

Xatırladaq ki, amerikalı ermənipərəst konqresmen Adam Şiff "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib, bildirib ki, qətnamə müzakirə edilməmişdən əvvəl o, ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət edib və həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini deyiblər.

Qeyd edək ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR